top of page

“Ailə qurmağıma 15 gün qalmış toyu ləğv etmişəm”


"Ailənin nə olduğu öz ailəmdən görmüşəm. Ailədə biri od olanda biri də su olmalıdır. Müasir xanımlar bu sözümdən inciməsin. Heç kim analarımız kimi dözümlü, ailəsinə bağlı ola bilməz. Adi söhbətlər olur, görürsən ki, xanım "şələ-küləsi"ni yığıb çıxıb anasının evinə gedir. Düşünürlər ki, bu addımları ilə xoşbəxt olacaqlar. Təbii ki, bu məsələdə də faiz nisbəti var. Kaprizlərə dözmək, bir-birini çəkmək çox çətin məsələ olub".

Mugantv bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Sənətçi bildirib ki, evlənməsinə 15 gün qalmış xanımın iç üzü ortalığa çıxdığından toyu ləvğ edib:

"Həyatımda olub ki, xanımla münasibət bir-iki ay yaxşı olub. Amma söhbət ciddiləşməyə yaxın gedəndə, yəni məsələnin ailələrin bir-biri ilə tanışlığına gedəndə hər şey dəyişib. Ailə qurmağıma 15 gün qalmış toyu ləğv etmişəm. Birdən-birə sanki qarşı tərəfin "buynuzları" çıxdı, tam fərqli insana çevrildi. Qarşı tərəfdə arxayınlaşma oldu, düşündü ki, artıq kaprizlərimi göstərə bilərəm.

Həmin xanıma təşəkkürümü bildirirəm ki, bunları toydan sonra yox, toya 15 gün qalmış göstərdi. Bu kimi məsələlər bir neçə dəfə həyatımda baş verib. Yəqin mən biraz ailə qurmaq məsələsində tələsmişəm. Bir insanı yaxşı tanımadan söhbəti ciddiyə, yəni ailə qurmağa aparmışam. Mən nə qadını döyəcək, nə də ki ona əl qaldıracaq bir kişi deyiləm. Kişiliyi qadının üzərində göstərmək olmaz. Qadına qarşı zorakılıq və şiddət kişi işi deyil".

bottom of page