top of page

Aİ: “Rusiya qoşunlarının Ukraynadan çıxarılması sülhün yeganə yoludur"


“Rusiya qoşunlarının Ukraynadan çıxarılması sülh və təhlükəsizliyin bərpasının yeganə ciddi yoludur”.

Mugantv xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, təcavüzkar Kreml, qurban isə Ukrayna xalqıdır:

“Birtərəfli atəşkəs elanı qeyri-qanuni ilhaqlar və referendumlar qədər yalan və ikiüzlüdür”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən müdafiə naziri, ordu generalı Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib.

Comments


bottom of page