Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının dördüncü iclası keçiriləcək



Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının dördüncü iclası keçiriləcək.


Muğan Tv xəbər verir ki, mayın 18-də Brüsseldə baş tutacaq iclasda ikitərəfli münasibətlər və siyasi məsələlər müzakirə olunacaq.


“Aİ-yə üzv ölkələr və Ermənistan Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin, İqtisadi və İnvestisiya Planının icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar.


Onlar həmçinin, siyasi dialoq və islahatlar, demokratiya, qanunun aliliyi və insan haqları, iqtisadi, ticarət və sektorlar üzrə əməkdaşlıq, eləcə də Viza Liberallaşdırılması Dialoqunun başlanması perspektivlərini müzakirə edəcəklər”, - Aİ Şurasının mətbuat xidmətindən bildirilib.


Qeyd olunub ki, iştirakçılar həmçinin regional məsələlər - Rusiya/Ukrayna, Türkiyə, İran və Cənubi Qafqazdakı vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.