top of page

Agentlik: "Güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub"

Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub.


Bu barədə Muğan TV Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.


Qeyd olunub ki, güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb, ağaclar aşıb, bəzi binalarda pəncərələrin şüşələri sınıb:


"Ziyan dəymiş bağça və məktəblərə baxış keçirilib, təmir-bərpa işlərinin aparılması üçün lazımi tədbirlər görülüb. Abşeron rayonu və Bakı şəhəri üzrə fəaliyyət göstərən təhsil müəssisələrində külək nəticəsində hər hansı bir fəsad müşahidə edilməyib. Yaranmış vəziyyət tədris prosesinin davamlılığına təsir etməyib, hazırda təhsil müəssisələri öz fəaliyyətini davam etdirir. Bağça və məktəblərdəki mövcud vəziyyət diqqət mərkəzində saxlanılır".


Röya Ağayeva

bottom of page