AFP: "Dünyada Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına tələbat var"


“Suriya, Liviya və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində tarix yazan Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) dünyanın gündəliyindən düşmür”.

Bu, Fransanın “Agency France Presse”də (AFP) dərc olunan məqalədə qeyd edilib.

Agentlik Türkiyə PUA-larını satın alan və ya almaq istəyən dövlətlərin də adlarını açıqlayıb: "Hazırda "Bayraqdar” Azərbaycan, Ukrayna, Polşa, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Tunis, Liviya, İraq və Suriyaya ixrac edilir. Bildirilib ki, Macarıstan, Serbiya, Nigeriya, Anqola, Qətər və Albaniya Türkiyə istehsalı olan PUA-larla maraqlanır".

Yazıda həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin sentyabrında Afrika ölkələrinə səfəri xatırladılaraq orada PUA-ların istənildiyi vurğulanıb.