top of page

Abşeronda avtoxuliqanlıq edən sürücülər saxlanılıb


Abşeron rayonunda yol hərəkəti qaydalarına əməl etməyən və narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər inzibati qaydada həbs edilib.


Bu barədə Muğan TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində hərəkətdə olan “Ravon” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, “VAZ-21150” markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb.


“Ravon” markalı avtomobilin sürücüsü Mahir Abbasovun özünü qeyri adekvat aparması şübhə doğurduğundan tibbi müayinədən keçirilib və onun narkotik vasitə istifadə edərək avtomobil idarə etməsi müəyyən olunub.


“VAZ-21150” markalı avtomobilin sürücü Şəmistan Mirişlinin isə nəqliyyat vasitələrini idarəetmə hüququnun olmadığı müəyyən edilib. O, idarəetmədən kənarlaşdırılıb, nəqliyyat vasitəsi onun iştirakı ilə mühafizə olunan duracağa yerləşdirilib.

Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.


Məhkəmənin qərarları ilə Ş.Mirişli 15 sutka, M.Abbasov isə 30 sutka inzibati qaydada həbs ediliblər.

Comentários


bottom of page