top of page

ABŞ Yaponiya peyklərini hücumdan qoruyacaq


Birləşmiş Ştatlar 1960-cı ildə Yaponiya ilə imzalanmış Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Təminatları Müqaviləsi çərçivəsində “Gündoğar ölkə”nin peyklərini hücumdan qoruyacaq.

Mugantv xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı biznes qəzeti "Nikkei" məlumat yayıb.

Qeyd olunur ki, tərəflərin müvafiq mövqeyi xarici siyasət və müdafiə nazirlikləri rəhbərlərinin yanvarın 11-də Vaşinqtonda keçiriləcək “2+2” formatında danışıqlarının yekunları üzrə birgə bəyanatda öz əksini tapacaq. Vurğulanır ki, hazırda bu maddə yekun təsdiq mərhələsindən keçir.

Yapon peyklərini mümkün hücumdan qorumaq üçün konkret tədbirlərin daha sonra müzakirə ediləcəyi və hədəflərin açıqlanacağı gözlənilir.

Söhbət müqavilənin beşinci maddəsindən gedir, ona əsasən, tərəflərdən hər biri müttəfiqə qarşı hərbi təcavüzü onun milli təhlükəsizliyinə təhdid hesab edir və bununla bağlı öz konstitusiyasının müddəalarına uyğun hərəkət etmək hüququna malikdir.

bottom of page