top of page

ABŞ və Türkiyə kəşfiyyat qurumlarının rəhbərləri arasında telefon danışığı olub


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan arasında telefon danışığı olub.

Mugantv xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Tərəflər Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında həyata keçirdiyi əməliyyatları müzakirə ediblər.

U.Börns MİT rəhbərinə Türkiyənin Suriya və İraqın şimalında ehtimal edilən quru əməliyyatı və həmin ərazilərdəki ABŞ hərbçilərinin təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib.

Qeyd edək ki, ABŞ-ın rəsmi qurumları telefon danışığı barədə hər hansı məlumat yaymayıb.

bottom of page