top of page

ABŞ və Braziliya prezidentləri BMT TŞ-də islahatların aparılması ideyasını dəstəkləyiblər


ABŞ Prezidenti Cozef Bayden və onun braziliyalı həmkarı Luiz İnasio Lula da Silva BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatların aparılması ideyasını dəstəkləyiblər.

Mugantv TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin dövlət başçılarının Vaşinqtonda keçirilən görüşünün yekunlarına dair yaydığı birgə məlumatda deyilir.

"Liderlər BMT Təhlükəsizlik Şurasında əhəmiyyətli islahatların aparılması üçün birgə işləmək niyyətlərini ifadə ediblər", - sənəddə deyilir.

ABŞ və Braziliya prezidentləri Afrika, Latın Amerikası və Karib hövzəsi dövlətləri üçün daim üzv yerləri ayırmaqla BMT Təhlükəsizlik Şurasının tərkibini genişləndirməyə çağırış ediblər. Bunun BMT TŞ-nin sülh və təhlükəsizliklə bağlı ən aktual məsələləri səmərəli cavablandırmaq qabiliyyətini artıracağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi bu qurumun daha səmərəli fəaliyyət göstərməsi və daha çox təmsilçiyə malik olması üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının tərəfdarı olduğunu bildirmişdi.

Comentarios


bottom of page