top of page

ABŞ Ukraynanın energetika sahəsinə yeni yardım paketini bu gün açıqlayacaq


ABŞ-ın dövlət katibi Entoni Blinken noyabrın 29-da Ukraynanın energetika sahəsinə yeni yardım paketini açıqlayacaq.

Mugantv xəbər verir ki, məlumatı “Reuters” yayıb.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bildirib ki, yardım Ukraynanın elektrik şəbəkəsinə Rusiyanın hücumları fonunda elektrik enerjisinin ötürülmə qabiliyyətinin bərpasına sərf olunacaq.

bottom of page