top of page

ABŞ Ukraynanın əks-hücum əməliyyatına dəstək verəcəyini açıqlayıb


“Ukraynanın əks hücumu yaxın həftələrdə başlayacaq”.

Mugantv xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrini dəstəkləyəcəyini bildirib. Blinkenin sözlərinə görə, ABŞ Ukraynaya hər cür köməklik göstərəcək: “Ukraynanın tərəfdaşlarının iki məqsədi var. Onlardan biri Ukraynanın ərazilərinin azad olunması üçün əlimizdən gələni etməkdir. İkincisi isə Rusiya siyasətini dəyişməyənə qədər biz bu dövlətə sanksiya və təzyiqləri davam etdirəcəyik”.

E.Blinken vurğulayıb ki, Krımın qaytarılıb-qaytarılmaması barədə qərarı isə Ukrayna verəcək.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Oliksiy Reznikov Silahlı Qüvvələrin yaxın vaxtda əks-hücum əməliyyatına başlayacağını söyləyib.

bottom of page