top of page

ABŞ Rusiya ilə məhbus mübadiləsinin mümkünlüyünü açıqlayıb


Rusiya və ABŞ məhbus mübadiləsi imkanları ilə bağlı danışıqları davam etdirir.

Mugantv xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz Pol Uilanla bağlı ictimaiyyət qarşısında danışıqlar aparmayacağıq. Və mən ruslarla davam edən danışıqların kontekstini və ya təfərrüatlarını açıqlamağa belə başlamazdım. Danışıqlar davam edir” - deyə, o bildirib.

Qeyd edək ki, ABŞ, Kanada və İrlandiya vətəndaşlığı ilə yanaşı, Böyük Britaniya vətəndaşlığı olan Uilan Rusiyada 16 il sərt rejimli koloniyaya məhkum edilib.

Comments


bottom of page