top of page

ABŞ rəqiblərini çəkindirmək qabiliyyətinin azaldığını açıqlayıb


Ukraynadakı müharibə ABŞ-ın dünya arenasındakı rəqiblərini hərbi güclə çəkindirmək imkanları getdikcə azaldığını nümayiş etdirib.

Mugantv “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının (STRATCOM) başçısı admiral Çarlz Riçard irəli sürüb.

“Ukraynada indi baş verən müharibə sadəcə isinişmədir. Böyük müharibə getdikcə yaxınlaşır və çox keçməyəcək ki, biz çoxdandır düçar olmadığımız sınaqdan keçəcəyik”, - o deyib.

STRATCOM-un rəhbəri ölkəsinin Çini çəkindirmə qabiliyyətinə şübhə ilə yanaşdığını bildirib:

“Əgər biz Çini cilovlamaq qabiliyyətimizi qiymətləndirsək, deyərdim ki, gəmi batır” O, yavaş-yavaş batır, lakin batır, çünki onlar öz qüvvələrini bizdən daha sürətli yerləşdirirlər. Bu fərq artdıqca, komandirlərimizin nə qədər yaxşı olmasının əhəmiyyəti olmayacaq. Onlardan bizdə, sadəcə, çox az olacaq”.

O, ABŞ-ın çevik hərəkət etməyi bildiyini, lakin bunu necə etdiyini unutduğunu vurğulayıb.

Qeyd edək ki, oktyabrın sonunda Pentaqon ABŞ-ın yeni Milli Müdafiə Strategiyasını dərc edib. Sənədə əsasən, ABŞ Çini özünə əsas çağırış olaraq qəbul edib. Rusiya isə “kəskin təhlükə” adlandırılıb. Milli Müdafiə Strategiyasında vurğulanıb ki, ölkə rəhbərliyi “çəkindiriciliyi dəstəkləmək və gücləndirmək üçün təcili tədbirlər görməlidir”.

コメント


bottom of page