top of page

ABŞ Qanaya 139 milyon dollar maliyyə yardımı ayıracaq


ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Qanaya 139 milyon dollar məbləğində yeni yardım paketi ayırmağı planlaşdırır.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Qanaya səfəri münaqişələrin qarşısının alınmasının dəstəklənməsi, iqtisadi inkişafın təşviqi, innovasiyalar və regional inteqrasiya daxil olmaqla, bir sıra məsələlər üzrə əlaqələrimizi və əməkdaşlığımızı təsdiqləyir. ABŞ Prezidentinin administrasiyası ölkələr arasındakı ikitərəfli əməkdaşlığı dəstəkləmək niyyətindədir. ABŞ 2024-cü maliyyə ilində Qanaya 139 milyon dollar məbləğində maliyyə yardımı göstərməyi planlaşdırır”, - məlumatda qeyd edilib.

Comments


bottom of page