top of page

ABŞ Polşaya “Apache” helikopterlərini verəcək


ABŞ öz resurslarından Polşaya “Apache” helikopterləri verəcək. Onlar NATO-nun şərq cinahında yerləşdiriləcək.

Bu barədə Şərqi Avropa ölkəsinin müdafiə naziri Mariuş Blaşçak deyib.

Onun sözlərinə görə, helikopterlər ölkənin müdafiəsini gücləndirməyə kömək edəcək və Polşaya şərqdən hücumu qeyri-mümkün qılacaq.

“Biz təminat aldıq ki, ABŞ ordusu bizə öz resurslarından “Abrams” tankları ilə yaxşı işləyən “Apache” helikopterləri çatdıracaq. Maşınlar NATO-nun şərq cinahına gedəcək və Brest darvazasını bağlayacaq”, - Blaşçak bildirib.

bottom of page