top of page

ABŞ nüvə qüvvələrinin hazırlığını artırmayıb


Qərbin Rusiyanın Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar atom başlıqlarından potensial istifadə imkanını nəzərdən keçirdiyinə dair iddialarına baxmayaraq, ABŞ hələ də öz nüvə qüvvələrinin hazırlığını artırmaq üçün heç bir səbəb görmür.

Mugantv xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fransanın xarici işlər naziri Katrin Kolonna ilə Vaşinqtonda danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Hazırda biz öz nüvə qüvvələrimizin balansını dəyişmək üçün heç bir səbəb görmürük. Lakin biz buna çox diqqətlə nəzarət edəcəyik. İcazə verin, bizim yerimizdən danışım, nə Fransa, nə də başqası üçün danışmayacağam: biz nüvə başlığından hər hansı istifadənin nəticələrinin nə olacağını Rusiyaya çox aydın və açıq şəkildə bildirdik”-deyə, o bildirib.

Comments


bottom of page