top of page

ABŞ Laçın yolu barədə açıqlama yaydı


ABŞ Azərbaycanın Laçın yolunun həm kommersiya, həm humanitar, həm də şəxsi avtomobillər üçün “blokada” vəziyyətində saxlamasından narahatdır.


Muğan TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, guya humanitar hərəkatların “dayandırılması” vəziyyəti “pisləşdirir” və sülh prosesində etimadın yaradılması səylərini “sarsıdır”:


“Vaşinqton regionda sülhün Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsini ehtiva etməsi fikrini dəstəkləyir. Biz bu məqsədə çatan dialoqu alqışlayırıq”.


Qeyd edək ki, Bakı bir neçə dəfə Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni əhaliyə yardım imkanını təklif etsə də, erməni icmasını girov saxlayan separatçı-terrorçular bundan imtina edir.


Röya Ağayeva

Comments


bottom of page