top of page

ABŞ institutu: "Ukrayna əks-hücum əməliyyatları nəticəsində rus qoşunlarını ölkədən çıxara bilər"


“Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatları Kremlə öz resurslarını bərpa etməyə mane olacaq. Rusiyanın hücum potensialı zəifləyəcək. Nəticədə Ukrayna qüvvələri rus qoşunlarını ölkə ərazisindən çıxara bilər”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Kremlin sürətli müharibə iflasa uğrayıb: “Rusiyanın hərbi potensialını bərpa etmək imkanı məhduddur. Kreml Ukraynanı kifayət qədər resurs sayəsində zəbt etdi və əvəzində cüzi qazanc əldə etdi. Kreml öz qüvvələrini bərpa etməyə çalışır. Amma buna tam nail ola bilmir”.

Qərb analitiklərinin fikrincə isə Rusiya Ukraynada işğal etdiyi ərazilərdən gələcək hücumlar üçün istifadə edə bilər: “Rusiya təkcə Ukrayna dövlətçiliyini məhv etmək istəmir. Kreml rəhbəri Vladimir Putin həm də NATO və ABŞ-ı sarsıtmağa çalışır. Kreml Rusiya cəmiyyətini Qərbə qarşı uzunmüddətli mübarizə üçün səfərbər edir. Qərb Ukraynanın suverenliyinin qorunmasında və Rusiyanın gələcək hücumlarının qarşısının alınmasında birmənalı olaraq maraqlıdır. Və Qərb bunu etmək imkanına malikdir”.

ABŞ institutu iddia edir ki, gələcəkdə nə Kremlin məqsədləri, nə də Ukraynanın döyüş iradəsi dəyişəcək: “ABŞ Ukraynada proksi müharibə aparmır. Sadəcə, Ukraynanın təhlükəsizliyinin təmin olunmasına çalışır. Müharibəni uzadan Qərb və Ukrayna yox, Rusiyadır. Kreml savaşı davam etdirməyi seçir. Hərçənd, istənilən vaxt döyüşlərə son qoya bilər”.

Comments


bottom of page