top of page

ABŞ institutu: "İranlı PUA təlimatçıları Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə gətirilib"


“Ola bilsin, Rusiya qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı şəxsi heyəti rus hərbçilərinə “Şahed-136” PUA-larından istifadəni öyrətmək üçün Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə gətirib”.

Mugantv xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, iranlı təlimatçılar Ukraynada, o cümlədən Nikolayev və Odessa vilayətlərində mülki hədəflərə pilotsuz təyyarələrin buraxılmasına birbaşa nəzarət edirlər: “Rusiya mənbələri Ukrayna qoşunlarının oktyabrın 12-də Xerson vilayətinin şimal-qərbində və qərbində əks-hücum əməliyyatları keçirdiklərini iddia etməyə davam ediblər. Ukrayna Xerson vilayətində 5 yaşayış məntəqəsini azad etdiyini rəsmi şəkild təsdiqləyib”.

İnstitutdan qeyd olunub ki, Rusiya əsgərlərinin təminatında çətinliklər var: “Müdafiə Nazirliyi az təcrübəli və ya ümumiyyətlə təlim keçməmiş şəxsləri Ukraynaya göndərməkdə davam edir”.

bottom of page