top of page

ABŞ institutu: “İran rejimi edamlardan nümayişçiləri qorxutmaq üçün istifadə edir”


“İranda edamlar davam edəcək”.

Mugantv xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, dekabrın 8-də ölkədə etirazlar başlayandan bəri ilk edam həyata keçirilib: “23 yaşlı Möhsün Şəkəri edam edilib. Rejim, çox güman ki, edamdan etiraz aksiyalarının qarşısını almaq və nümayişçiləri qorxutmaq üçün istifadə edir. Lakin onun icrası əks effekt verə bilər. Etiraz koordinatorları və təşkilatları edamı pisləyərək Şəkərinin qisasını alacaqlarına söz verdilər”.

Məlumata görə, rejim həbs edilmiş daha 10 etirazçı ilə bağlı ölüm hökmü verib: “Beləliklə, yaxın vaxtlarda əlavə edamlar həyata keçirilə bilər. Edamlar davam edən etirazları daha da canlandıra bilər”.

bottom of page