top of page

ABŞ İsveçin sərhədlərini qoruyacaq


Amerika İsveçin NATO-ya qəbulu dövründə bu ölkənin sərhədlərinin təhlükəsizliyini təmin edəcək.

Mugantv xəbər veirr ki, bu barədə “SVT” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, artıq dövlətlər arasında bununla bağlı saziş də imzalanıb.

ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq heç vaxt bu qədər vacib olmayıb. O, ABŞ-ın İsveçi müdafiə etməyə tam hazır olduğunu bildirib.

Onun sözlərinə görə, saziş İsveçin NATO-ya üzvlüklə bağlı müraciət etdiyi qeyri-müəyyən və bir çox cəhətdən çətin dövrdə birgə hərbi əməliyyatlar üçün daha geniş imkanlar yaradır.

bottom of page