top of page

ABŞ: İran nüvə silahı proqramına yenidən başlamaq qərarına gəlməyib


Birləşmiş Ştatlar İran rəhbərliyinin nüvə silahı proqramını yenidən başlatmaq barədə qərar qəbul etdiyinə inanmır.

Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Berns CBS televiziyasına müsahibəsində deyib.

"Bizdə olan məlumatlara əsasən, İranın ali rəhbərliyinin 2003-cü ilin sonunda dayandırdıqlarına inandığımız nüvə silahı proqramını yenidən başlamaq qərarına gəldiyini düşünmürük", - o deyib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasının yaxın gələcəkdə çətin ki, mümkün olduğunu deyib.

bottom of page