top of page

ABŞ HHQ strateji silah arsenalını təkmilləşdirmək üçün Konqresdən 4,4 milyard dollar istəyib


ABŞ Hərbi Hava Qüvvələri “Minuteman III ICBM”ni nüvə silahı daşıya bilən “Sentinel” raketi ilə əvəz etmək üçün Konqresdən 4,4 milyard dollar tələb edib.

Bu barədə qurumun ABŞ Konqresinə ünvanladığı müvafiq sorğuda deyilir.

Qeyd olunub ki, ilk dəfə 1970-ci ildə yerləşdirilən “Minuteman III2 dünyanın ən qədim quruda yerləşən strateji raket sistemidir.

Məlumatda vurğulanıb ki, “Minuteman III” ballistik raketi 1970-ci ildən ABŞ Hərbi Hava Qüvvələrində xidmətdədir, dəfələrlə təkmilləşdirilib. Bu raketin son sınaqları 2022-ci ilin avqustunda həyata keçirilib. “Minuteman III”ü əvəz etməli olan ən son “Sentinel” raketinin ilk sınaqları 2023-cü ilin martında ABŞ-da keçirilib.

Xatırladaq ki, “Sentinel” ABŞ nüvə triadasının ən operativ hissəsi kimi qiymətləndirilir

Comments


bottom of page