top of page

ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün səylərini davam etdirəcək


ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcək.

Mugantv xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.

Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd edib.

Comments


bottom of page