top of page

ABŞ: Ermənistanı Azərbaycanla yekun razılaşma əldə etməyə çalışmağa çağırırıq


ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırır.

Muğan tv xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayen Brüsseldə jurnalistlərə Birləşmiş Ştatların dövlət katibi, Avropa Komissiyasının rəhbəri və Ermənistanın baş nazirinin üçtərəfli görüşünün nəticələrindən danışarkən deyib.

“Görüş Ermənistanda aparılan islahatlara həsr olunmuşdu, lakin biz təbii ki, onu sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə təşviq etdik”, - amerikalı rəsmi bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə, bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq.

댓글


bottom of page