top of page

ABŞ-da neft və qaz buruqlarının sayı artıb


ABŞ-da işlək neft-qaz buruqlarının sayı ardıcıl ikinci həftə artıb.

Mugantv xəbər verir ki, bu barədə ABŞ-ın “Baker Hughes” şirkətnin məlumatında deyilir.

Bildirilib ki, neftin yüksək qiyməti fonunda qazma fəaliyyəti də aktiv şəkildə davam etdirilir. Hasilat indikatorunu üstələyən neft-qaz buruqlarının sayı ötən həftə ərzində 9 ədəd artaraq 779-a çatıb. Bu, 2020-ci ilin martından sonra ən yüksək göstəricidir.

Qaz qazma buruqlarının sayı isə dəyişməyib və 155 olaraq qalıb.

bottom of page