top of page

ABŞ-da Azərbaycanın su təchizatı sahəsində tətbiq etdiyi innovasiyalara dair tədbir keçiriləcək


Bu gündən başlayaraq martın 24-nə qədər ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT-nin Su Konfransı çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasını sürətləndirmək üçün Azərbaycanın su təchizatı sahəsində tətbiq etdiyi innovasiyalara dair tədbir təşkil olunacaq.

Tədbir martın 24-də baş tutacaq.

İştirakçılar Azərbaycanda bu sahədə aparılan islahatlar, tətbiq olunan innovasiyalar, davamlı transformasiyalar vasitəsilə DİM-lərə nail olunmasını sürətləndirmək üçün maraqlı tərəflərlə qarşılıqlı əlaqələri müzakirə edəcəklər.

Tədbirdə ölkəmizdən Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, “Azərsu” və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lərin, eləcə də beynəlxalq strukturların yüksək vəzifəli şəxslərinin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Su Konfransı BMT-nin mənzil-qərargahında keçiriləcək.

bottom of page