ABŞ dövlət katibinin köməkçisi iyunun 15-də Azərbaycana səfər edəcək



ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.


Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.


“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, - məlumatda qeyd olunub.


Karen Donfridin iyunun 15-i və 16-da Azərbaycanda olacağı və bir sıra rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.


Dövlət katibinin köməkçisinin iyunun 17-də Gürcüstana 18-də isə Ermənistana səfər etməsi planlaşdırılıb.