ABŞ Əfqanıstana 64 milyon dollar məbləğində yardım edəcək



ABŞ Əfqanıstana humanitar yardım məqsədilə 64 milyon dollar ayırıb.


Muğan TV TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ BMT yanında daimi nümayəndəsi Linda Tomas-Qrinfild Əfqanıstan üzrə donor konfransında video çıxışı zamanı bildirib.


Xatırladaq ki, bir müddət əvvəl keçmiş Əfqanıstan hökumətinin ABŞ banklarında saxlanılan 9,5 milyard dollar vəsaiti dondurulub.