top of page

Aşağı yaş qruplarından ibarət millilərin baş məşqçiləri təsdiqlənib


Futbol üzrə Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının baş məşqçiləri təsdiqlənib.

Bu barədə İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Qərara əsasən, U-19 yığması Aqil Nəbiyevə, U-18 Elxan Abdullayevə, U-17 Füzuli Məmmədova, U-15 və U-16 İlham Yadullayevə tapşırılıb.

19 yaşadək qızlardan ibarət yığmanın baş məşqçisi isə Həbib Ağayev olacaq.

bottom of page