Ağstafada iki piyadanı maşın vurub



Ağstafada piyadanın vurulması yol nəqliyyat hadisəsi baş verib.


Muğan Tv APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.


Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki orta yaşlı kişini vurub. Piyadalar xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.Xəsarət alan piyadalar 1982-ci il təvəllüdlü İlham Hüseynov və 1976-cı il təvəllüldü Dilən Əliyevidir. Hadisə zamanı hər iki piyada sərxoş olub.