Ağdamda Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib




Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Ağdam şəhərində yürüş təşkil edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahının nümayəndələri, ərazidə xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular və Xocalı sakinləri iştirak edib.


Yürüş Prezidentin Xüsusi nümayəndəliyinin qərargahının qarşısından başlayıb və Ağdam şəhər Şəhidlər Xiyabanına qədər davam edəcək.


Bundan başqa Ağdam şəhərindəki Cümə məscidinin qarşısında da soyqırımın ildönümü ilə bağlı tədbir keçiriləcək.