top of page

Ağdamda polis əməliyyat keçirib




Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021”

şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində

kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata

görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri

nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli

bilinən rayonun Baharlı kənd sakinləri Hadı Xəlilov və oğlu, Gündüz Xəlilov

saxlanılıblar.

Onların yaşadıqları fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı

sahədə yerləşən yarımtikilidən təmiz çəkisi 3 kiloqram 880 qram olan qurudulmuş

marixuana və yaş çəkisi 50 kiloqramdan artıq olan kultivasiya yolu ilə

yetişdirilmiş 94 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.

Comments


bottom of page