top of page

Ağdam Sənaye Parkında süd məhsulları istehsal olunacaq


Ağdam Sənaye Parkında "Ağdam Süd" MMC-yə rezident statusu verilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.

Onun sözlərinə görə, şirkət Parkda investisiya dəyəri 2,2 milyon manat olan süd məhsullarının istehsalı müəssisəsi yaradacaq, 40 nəfəri işlə təmin edəcək.

Comments


bottom of page