
Ağdam rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.
Ağdam Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq arpa biçini yekunlaşıb. 2046 hektar arpa sahəsindən 7509 ton məhsul götürülüb. Bu günədək biçilmiş 8249 hektar buğda zəmisindən isə 33 min 738 ton məhsul toplanıb. Hər hektarın orta məhsuldarlığı arpa sahələrində 36,7 sentner, buğda sahələrində isə 40,9 sentnerdir. Buğda biçini davam edir.
Comments