Ağdaban soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatı



Bu gün Ağdaban soyqırımından 30 il ötür.

Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu soyqırım və

etnik təmizləmə siyasəti nəticəsində minlərlə günahsız insan qətlə yetirilmiş, kütləvi

qırğınlar törədilmişdir.

Ermənistanın insanlıq əleyhinə yönəlik çoxsaylı cinayətlərindən biri də 1992-ci il

aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş, kənd

əhalisinə işgəncələr verilmiş, insanlar kütləvi şəkildə qətlə yetirilmiş, ahıllar, uşaqlar və

qadınlar diri-diri yandırılmışdır.

Bununla yanaşı, kənd ərazisində mövcud olmuş və bəşər sivilizasiyasına aid

tarixi, mədəni və dini obyektlər dağıdılmış, Azərbaycanın mədəni irsinə aid əsərlər, o

cümlədən şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə

Şəmşirin əlyazmaları məhv edilmişdir.

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində ermənilər

tərəfindən soyqırım cinayəti, habelə mədəni irsə qarşı vandalcasına dağıntılar

törədilməsi nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin

tələbləri kobud şəkildə pozulmuşdur.

Beynəlxalq təşkilatları və dövlətləri Ağdaban soyqırımını törətmiş cinayətkarların

ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün qətiyyətli addımlar atmağa, bu

qətliamı soyqırım və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırıram.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

8 aprel 2022-ci il

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan

Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin

İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa

Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına,

Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv

dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil

Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları

Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli

insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici

ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına

göndərilmişdir.