Ağdaşda elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb



Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, elektron qolbaq daşıyıcısı Natiq Şəfiyev saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 64 qram qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib və oradan 900 qrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb və N.Şəfiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, həmin şəxs əvvəllər də analoji cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.