top of page

Ağdaş sakini qətlə yetirilib, qonşusu saxlanılıb


Ağdaş sakini Araz Hacıyev qətlə yetirilib, qonşusu saxlanılıb.


Bu barədə Muğan TV Baş Prokurorluqdan məlumat verilib.


Bildirilib ki, dekabrın 7-si saat 1 radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.


Hazırda ibtidai istintaq davam edir.


Röya Ağayeva

bottom of page