top of page

Ağcabədidə qanunsuz qum-çınqıl daşınmasının qarşısı alınıb


DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədi ilə birgə tədbir keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Muğan TV-yə verilən məlumata görə, keçirilən tədbir zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını təşkil edən bir nəfər müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.



Ləman Hafizi


Comments


bottom of page