top of page

Ağcabədidə dönərxanada partlayış olub, xəsarət alanlar var


Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.


Bu barədə Muğan TV Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.


Məlumata görə, yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.


Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.


Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.



Röya Ağayeva

bottom of page