
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 8 saylı tam orta məktəbində
“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin
əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Muğan Tv-nin xəbərinə görə, Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışaraq, “ağ ölümün” qurbanına
çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb.
Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi
olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan
dövlət proqramından danışan şöbə rəisi, son illərdə bu istiqamətdə aparılan
genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

