top of page

68 yaşlı amerikalı kinorejissor Ceyms Kemeron "Avatar" filmini çəkmək ideyasının onun 19 yaşında yux


68 yaşlı amerikalı kinorejissor Ceyms Kemeron "Avatar" filmini çəkmək ideyasının onun 19 yaşında yuxusunda gördüyünü bildirib.


Mugantv xəbər verir ki, o, bu barədə GQ-yə müsahibəsində bildirib.

"Mən fiberoptik lampalara bənzəyən ağacları olan bioluminessent meşə və bioluminessent hissəciklərlə parlayan çay və üzərində yeridikcə işıq saçan yerdə bənövşəyi mamır gördükdən sonra yuxudan oyandım", - deyə rejissor vurğulayıb. Və qeyd edib ki, yuxuda gördüklərini dərhal kağız üzərində çəkib.

Onun sözlərinə görə, 2009-cu ildə "Avatar"ın birinci hissəsinin premyerasından sonra onu ideyanı oğurlamaqda ittiham edən insanlarla məhkəmə çəkişməsindən təxminən əlli il əvvəlki eskizlər xilas edib.

"İstənilən uğurlu filmdə həmişə parik altında folqa olan bir adam var ki, sənin fikrini öz başından çıxardığını düşünür. Onlar 10 və ya 11 nəfər idilər. Mən də 19 yaşım olanda çəkdiyim bu rəsmə işarə edib dedim: "Bunu görürsüz? Bu parıldayan ağacları görürsüz? Bu fırlanan parlayan kərtənkələyə baxın, narıncıdır? Və hamı getdi", - rejissor bildirib.

bottom of page