5 boksçumuz beynəlxalq turnirdə finala yüksəlib
top of page

5 boksçumuz beynəlxalq turnirdə finala yüksəlib


Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turnirində yarımfinal mərhələsi başa çatıb.

Muğan TV-i Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, həlledici mərhələyə Azərbaycan millisinin 5 boksçusu vəsiqə qazanıb.

Komandamızın heyətində Məsud Yusifzadə (52 kq) finala gedən yolda Dəmir Abdıkadiri (Qazaxıstan) 4:1 hesabı ilə məğlub edib. O, çempionluq üçün qırğızıstanlı Azat Usamaliyevlə döyüşəcək.

63 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev də uğurlu çıxışını davam etdirir. Dünya çempionumuz yarımfinalda Bulat Ersultana (Qazaxıstan) 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda türkiyəli Hakan Doğanı sınağa çəkəcək.

Sərxan Əliyev (69 kq) Maksim Molodanla (Ukrayna) gərgin keçən görüşdən üstün ayrılıb. O, yarımfinal qarşılaşmasını 3:2 hesabı ilə qazanıb. Boksçumuz həlledici döyüşdə Darxan Dusebayla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.

Kamran Şahsuvarlı (75 kq) yarımfinalda Omurbek Bekjiqitlə (Qırğızıstan) üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb. Olimpiya mükafatçımız turnirdə son qarşılaşmasında Veron Fransisko (Argentina) ilə qüvvəsini sınayacaq.

bottom of page