top of page

30 yaşlı repçi öldürüldü


"PnB Rock" ləqəbi ilə tanınan amerikalı repçi Rakim Allen öldürülüb.

Mugantv axşam.az-a istinadən xəbər verir ki, hadisə Los-Anceles şəhərində baş verib. Şübhəli şəxs restoranda sevgilisiylə yemək yeyən 30 yaşlı repçiyə hücum edərək üzərindəki qızıl-zinət əşyalarını götürməyə çalışıb və onu güllələyib. Cinayətkar atəşdən sonra dərhal hadisə yerindən qaçıb.

"PnB Rock" təcili olaraq ən yaxın xəstəxanalardan birinə aparılsa da, onun ürəyi dayanıb.

Hazırda polis cinayətkarın axtarışına davam edir.


Qeyd edək ki, repçi 2016-cı ildə "Selfish" mahnısından sonra məşhurlaşmağa başlamışdı. Sözügedən bəstə ABŞ-da Billboard Hot 100-ə də daxil olmuşdu.

Comments


bottom of page