top of page

23 il əvvəl gənc qızı öldürən məmur saxlanıldı


Moskvada məmur 23 il əvvəl qətl törətməkdə şübhəli bilinərək saxlanılıb.


Muğan TV Rusiya mediasına istinadla xəbər verir ki, 2000-ci il martın əvvəlində şəhərdəki xəstəxanalardan birinə 19 yaşlı qız daxil olub. Həmin qız deyib ki, tanımadığı kişi onu vaza ilə vurub. Zərərçəkən üç həftə sonra ölüb.


Altı ay ərzində paytaxt müstəntiqləri qatilin izinə düşməyə çalışsalar da, nəticəsi olmayıb. İş dayandırılıb. 23 ildən sonra ölümlə nəticələnən ağır bədən xəsarətləri ilə bağlı işi yenidən açıblar.


İyunun 29-da Zelenoqradda Bədən Tərbiyəsi və İdmanın İnkişafı Mərkəzinin 46 yaşlı direktor müavini Yevgeni Petrov saxlanılıb.


“Lakin o, qızın ölümünə görə heç nə almayacaq - cinayətlə bağlı məhdudiyyət müddəti başa çatıb”, deyə Baza qeyd edir.


Comments


bottom of page