top of page

2023-də bu ölkələr Aya səyahət edəcək


2023-cü ildə Rusiya, Hindistan və Avropa Kosmik Agentliyi Ay üzərində kosmik missiyalara başlayacaq.

Mugantv xarici KİV-ə istinadən xəbər verir ki, proses ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən bu yaxınlarda təşkil edilən "Artemida I" proqramına əsasən aparılacaq.

Həmin ölkələrdən biri olan Hindistan 2023-cü ilin iyun ayında Ayın səthini araşdırmaq üçün “Chandrayaan 3” proqramını işə salmağı planlaşdırır. Hindistan ilk dəfə 2008-ci ildə “Chandrayaan 1” ilə Aya səyahət edib.

Rusiya Ayın cənub qütbündən nümunələr toplamaq üçün planlaşdırdığı “Luna 25” missiyasını 2023-cü ilin iyulunda işə salacaq.

“SpaceX” şirkəti yaponiyalı milyarder Yusaku Maezava və digər səkkiz sərnişini 2023-cü ilin sonunda Ay ətrafında “DearMoon” səyahətinə aparmağı nəzərdə tutur. Bu, 100 nəfəri daşıya bilən ilk kosmik səyahət olacaq.

NASA-nın “Artemida II” adlı Ay missiyası 2024-cü ildə başlayacaq. Bunun ardınca Aya ilk qadın və ilk qaradərili kişinin 2025 və ya 2026-cı ildə enməsi planlaşdırılır.

Comments


bottom of page