top of page

2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunu açıqlayıb.

Bu ada İngiltərə millisinin və Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb. 20 yaşlı orta sahə oyunçusu 115 xalla bütün rəqiblərini geridə qoyub.

İkinci yeri Almaniya yığmasının üzvü Camal Musiala (95 xal) tutub. İlk “3-lüy”ü 55 xalla xorvatiyalı Yoşko Qvardiol tamamlayıb.

2021-ci ildə bu nominasiyanın qalibi olan ispaniyalı yarımmüdafiəçi Pedri bu dəfə 6-cı yerdə qərarlaşıb.

bottom of page