2021-ci ildə dünya üzrə rekord sayda, 293 jurnalist həbs edilib.


Bu barədə Jurnalistləri Müdafiə Beynəlxalq Komitəsinin dekabrın 9-da yaydığı hesabatda bildirilib. Hesabata əsasən, 2021-ci ildə peşə vəzifəsini yerinə yetirərkən azı 24 jurnalist ölüb, daha 18 jurnalistin ölüm şəraiti barədə dəqiq məlumat yoxdur. 2021-ci ildə 19 jurnalist peşə fəaliyyətini icra edərkən, 3-ü “qaynar nöqtədə”, 2-si isə küçədəki etiraz yürüşlərində öldürülüblər. Hüquq müdafiəçiləri müqayisə üçün bildiriblər ki, 2020-ci ildə 280 jurnalist həbs edilmişdi. Jurnalistlərin ən çox həbs edildiyi ölkə Çindir. Bu ölkədə 50 KİV təmsilçisi həbs olunub. Ondan sonrakı yerləri Myanma (26 jurnalist), Misir (25), Vyetnam (23), Belarus (19), Türkiyə (18), Eritreya (16), Rusiya (14), Səudiyyə Ərəbistanı (14), İran (11) gəlir. ABŞ və Qərbi Avropa ölkələrində bu hala rast gəlinməyib.