"2020-ci ildə iqtisadiyyatın dəstəklənməsi məqsədilə 2.5 milyard manat ayrılıb" - Baş nazir


Pandemiya dövründə Azəbaycan iqtisadiyyatının dəstəklənməsi məqsədilə dövlət tərəfindən müvafiq proqramlar həyata keçirilib, sahibkarlara dəstək göstərilib.


Muğan TV Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.


Ə.Əsədov bildirib ki, 2020-ci ildə iqtisadiyyatın dəstəklənməsi məqsədilə dövlət büdcəsi və digər mənbələrdən 2.5 milyard manat vəsait ayrılıb.


Baş nazir bildirib ki, görülən düşünülmüş tədbirlər nəticəsində Azərbaycan pandemiyadan ən az zərər çəkən ölkələr sırasında olub, ölkədə makroiqtisadi sabitlik təmin edilib. Həyata keçirilən tədbirlər, o cümlədən infilyasiyanı minimum səviyyədə saxlamağa imkan verib.