top of page

"20 Yanvar" metrosunda tüstülənmə olub


"20 Yanvar" stansiyasının havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərdən birində baş vermiş yanğın səbəbi ilə stansiyaya tüstü daxil olması müəyyən edilib.


"Bakı Metropoliteni" QSC-dən Muğan TV-yə verilən məlumata görə, şaxtadakı güclü ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilərək, tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb.


Ümumiyyətlə, son illərdə ventilyatorların iş rejiminin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi ilə bağlı tətbiq edilmiş texnoloji yeniləşmə və idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində qurulması sayəsində ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilir, həmçinin ventilyatorların bir rejimdən digərinə keçidi mümkün ən qısa müddətdə baş verir.



Ləman Hafizi



Comentários


bottom of page